Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi yeni aksiyaya start verib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində «AzDataKom»un internet xidmətinin 6 aylıq abunə haqqını əvvəlcədən ödəyən hər bir istifadəçi pulsuz 3 illik «elektron imza» («e-imza») kartı qazanacaq.
Qeyd edək ki, «e-imza» müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. «E-imza» ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edir. «E-imza»nın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.