Bank Of Baku

Azərbaycanda «klonlaşmış» telefonların istifadəsinə müvəqqəti icazə veriləcək - FOTO

Azərbaycanda «klonlaşmış» telefonların istifadəsinə müvəqqəti icazə veriləcək - <span style="color: red;">FOTO
# 15 mart 2013 11:02 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) işə düşəndən sonra bir müddət ərzində hətta «klonlaşmış» telefonların da işinə icazə veriləcək. «Klonlaşmış» telefon - məşhur modellərin digər ölkələrdə hazırlanmış orijinal olmayan nüsxələri sayılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

 

Onun sözlərinə görə, belə telefonlar yalnız mayın 1-dək istifadə edildiyi mobil nömrə ilə işləyə biləcək. İstifadəçi nömrəsini dəyişəndə bu telefona xidmət dayandırılacaq: «Səbəb odur ki, o telefonlar orijinal deyil». Nömrə dəyişməsə isə telefonun istismar müddəti başa çatanadək ondan istifadə etmək mümkün olacaq.

 

İ.Məmmədov bildirib ki, görülən tədbirlər nəticəsində artıq bir neçə ildən sonra mağazalardakı telefonların hamısı orijinal olacaq, çünki orijinal olmayan telefonların istifadəsi qadağan ediləcək. Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda mobil telefonların qeydiyyat sisteminə daxil edilməsi pulsuz həyata keçiriləcək.

 

Yeni qaydalar təkcə mobil telefonlara deyil, eləcə də SIM kart qəbul edə bilən bütün cihazlara, o cümlədən planşetlərə də şamil ediləcək.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünəcək. Ağ siyahıya daxil olanlar qanuni qeydiyyata alınan və leqal şəkildə istifadə edilən, qara siyahıya isə oğurlanmış, ölkəyə qaçaq yolla gətirilmiş, qeydiyyata alınmayan və araşdırma nəticəsində sahibi bəlli olmayan və s. telefonlar daxil ediləcək. Bundan başqa, başqa ölkələrdə oğurlanmış mobil telefonlar da qara siyahıda olacaq. Nəticədə, xaricdə oğurlanıb Azərbaycana gətirilən mobil telefonlardan istifadə etmək mümkün olmayacaq. Boz siyahıya isə ölkəyə may ayının 1-dən sonra gətirilən və hələlik qeydiyyatdan keçməyən telefonlar və ya uzun müddətdir ki, vətəndaşların evində olan amma hələ istifadə olunmayan telefonlar daxil ediləcək. Vətəndaşlar xüsusi müraciət məntəqələrinə bu telefonlar barədə məlumat verməli və bu telefonun mənşəyi araşdırılmalıdır. Əgər problem olmasa, bu telefonlar da ağ siyahıya daxil ediləcək və onların istifadəsinə imkan veriləcək. Vətəndaş belə telefonunu 1 ay müddətinə qeydiyyata aldırmasa, bir ayın tamamında həmin telefon qara siyahıya daxil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR