«APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə ölkəyə 100 mindən artıq avtomobil idxal olunub ki, hazırda daxili bazarda onların satışı həyata keçirilir: «Avtomobillərin idxalının azalması daxili bazardakı vəziyyətlə bağlıdır və Gömrük Komitəsi tərəfindən avtomobil idxalına heç bir məhdudiyyətlər qoyulmayıb».
Azərbaycana imtiyazlı şərtlərlə idxal olunan malların siyahısının genişləndirilməsi məsələsinə münasibət bildirən DGK sədri qeyd edib ki, Komitə rəhbərliyi dövlət büdcəsinin gəlirlərinin artmasının tərəfdarıdır və bu baxımdan bu cür güzəştlərlə bağlı təklif irəli sürməyib.