Bank Of Baku

Azərbaycanda daha bir dairəvi rabitə xətti yaradılacaq

Azərbaycanda daha bir dairəvi rabitə xətti yaradılacaq
# 05 yanvar 2013 08:17 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Ağsu–İsmayıllı–Qəbələ fiber-optik kabel xəttinin tikilərək istifadəyə verilməsi ilə daha bir alternativ rabitə şəbəkəsi istismara verilmiş olacaq. Hələlik layihənin yalnız ümumi eskizi hazırdır.

Bu layihənin reallaşdırılmasına şərait Qəbələ rayonunun kəndlərinin optikləşməsindən sonra yaranıb. Belə ki, Qəbələ rayon mərkəzi stansiyasından İsmayıllı və Oğuz rayonları istiqamətində olan kəndlərə optik kabellərin çəkilməsi ilə həmin rayonların rabitə xətlərinin bu xəttə birləşdirilməsi ilə rabitənin alternativliyi təmin edilmiş olur.

Hazırda Qəbələ rabitəsi Trans-Asiya-Avropa (TAE) xəttinə Ağdaş istiqamətində qoşulub. Sözügedən layihənin reallaşması ilə rayon rabitəsinin 3 istiqamətdə giriş və çıxış rabitəsinin mövcud olması ilə İsmayıllı və Oğuz rayonlarının da alternativ rabitəsi təmin edilir.

Bundan başqa Qəbələ–Ağdaş–Xaldan–Şəki–Oğuz–Qəbələ, Qəbələ–İsmayıllı–Göyçay–Ağdaş–Qəbələ istiqamətlərində dairəvi rabitə təmin olunmuş olur ki, bu da adıçəkilən rayonların da alternativ rabitəsinin təmin edilməsi deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR