Bank Of Baku

Azərbaycanda daşınan nömrələr layihəsinin tətbiqi daha 1-2 ay ləngiyə bilər

Azərbaycanda daşınan nömrələr layihəsinin tətbiqi daha 1-2 ay ləngiyə bilər
# 27 fevral 2013 07:55 (UTC +04:00)

 

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Eyni zamanda nazir bəyan edib ki, sistemin tətbiqi ilə bağlı müəyyən texniki problemlər yarana bilər ki, bunun nəticəsində layihənin başlanmasının 1-2 ay ləngiməsi mümkündür. Nazir xatırladıb ki, əvvəl layihənin yanvarın 1-dən başlanması nəzərdə tutulsa da, texniki problemlər buna imkan verməyib. Nazirliklə mobil rabitə operatorları arasında görüşlər keçirilib və nəticədə layihənin başlanması aprelin 1-nə planlaşdırılıb.

 

Qeyd edək ki, Azərbaycanda Mobile Number Portability xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR