Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qeydiyyat müddəti azaldılır

Azərbaycanda daşınmaz əmlakın qeydiyyat müddəti azaldılır
# 18 yanvar 2013 07:57 (UTC +04:00)

 Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanuna əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

 

Layihədə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin 7 iş günü müddətinə, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi üçün müəyyən edilmiş 5 iş günlük müddətin 1 iş günü müddətinə, əmlak bölmələrinin sayının 15-dən 10-a endirilməsi və digər dəyişikliklər nəzərdə tutulub.

 

«Daşınmaz əmlak bölmələrinin sayı­nın və hüquqların qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin azaldılması istiqamə­tində hazırlanmış layihə baxılması üçün müvafiq təşkilatlara göndərilib», - deyə Komitənin məlumatında bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR