Bank Of Baku

Azərbaycanda dəmir yolunun bəzi hissələrində qatarların hərəkət sürəti artırılıb

Azərbaycanda dəmir yolunun bəzi hissələrində qatarların hərəkət sürəti artırılıb
# 07 dekabr 2012 13:06 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dəmir yolunun inkişafına dair Dövlət Proqramı çərçivəsində yol təsərrüfatının yenilənməsi, enerji sahəsinin yenidən qurulması və eyni zamanda rabitə və işarəvermə kommunikasiyalarının yenidən qurulması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

 

Artıq bu proqram çərçivəsində Çexiya «Eximbank»ının ayırdığı vəsait hesabına indiyədək 160 km-ə qədər yol əsaslı təmir edilib: «Təmir edilmiş yerlərdə qatarların sürətinin saatda 140 km-ə qaldırmağa nail olmuşuq».

 

Bu layihə 2014-cü ilin sonunda tamamlanacaq. Proqram çərçivəsində dəmiryol parkı da yenilənəcək. Q.Nəzirovun sözlərinə görə, 100 ədəd yeni sərnişin vaqonu, 50 yük lokomotivi və 12 ədəd sərnişin daşıyan qatarları üçün lokomotivlərin alınması planlaşdırılır. Bundan əlavə QSC 50 ədəd sərnişin vaqonunun təmirinə başlayıb. Əlavə olaraq 30 sərnişin vaqonunun digər ölkədə təmiri planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR