Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma yanvarda 11% azalıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma yanvarda 11% azalıb
# 05 mart 2013 07:40 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 1,1 mln. ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 11% azdır.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 60,8%-ni neft, 39,2%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat ayında dəniz limanlarında 1,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 1,6% artım olub. İşlənmiş yüklərin 89,2%-ni təşkil edən beynəlxalq tranzit yüklərinin həcmi 3,5% artıb».

 

Cari ilin fevralın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 5,5 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50% az idxal yüklərinin qalığı olub.

 

Bununla yanaşı, yanvar ayında dəniz nəqliyyatı ilə 1,1 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 10% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR