Bank Of Baku

Azərbaycanda elektron imza vəsiqəsi alanların sayı 11 minə çatıb

Azərbaycanda elektron imza vəsiqəsi alanların sayı 11 minə çatıb
# 09 aprel 2013 12:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 1-dək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təqdim olunmuş elektron imza vəsiqələrinin sayı 10 924-ə çatıb.

 

«APA-Economics»in MHM-ya istinadən verdiyi məlumata görə, həmin tarixə dövlət qurumlarına verilmiş sertifikatların sayı 7 895, hüquqi şəxslərə verilmiş sertifikatların sayı 221, vətəndaşlara verilmiş sertifikatların sayı isə 2 808 olub.

 

Qeyd edək ki, elektron xidmətlərin tətbiqinin daha da genişləndirilməsi, bu xidmətlərdən istifadənin stimullaşdırılması, eyni zamanda əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə və elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, internet üzərindən «online» sifariş edilən elektron imza sertifikatının qiymətinə 5 manat güzəşt tətbiq edilməklə 25 manata endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR