Bank Of Baku

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 1,6 mln. manata çatıb

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 1,6 mln. manata çatıb
# 24 yanvar 2013 11:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək «Elektron ticarəti» tətbiq edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsində elektron ticarət dövriyyəsinin həcmi 1 599,8 min manat olub. Elektron ticarət üzrə istehlak mallarının satışının 79,9%-i hüquqi şəxslərin, 20,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib.

 

Elektron ticarət dövriyyəsinin 93,3%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR