Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan sərmayənin 61%-i tikinti-quraşdırma işlərinə xərclənib

Azərbaycanda əsas kapitala yatırılan sərmayənin 61%-i tikinti-quraşdırma işlərinə xərclənib
# 24 noyabr 2012 16:27 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 11 135,8 mln. manat vəsaitin 60,9%-i və ya 6 783,7 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 26,8%, tikinti-quraşdırma işlərinin isə 27,3% artıb: «Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 6 872,1 mln. manat, qeyri-dövlət müəssisələri isə 4 263,7 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 5 013,2 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 6 122,6 mln. manatlıq vəsaitdən istifadə edilib».


Komitədən həmçinin bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 78,9%-ni daxili, 21,1%-ni isə xarici mənbələrdən yönəldilmiş sərmayələr təşkil edib, daxili vəsaitlərin 73,8%-i dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 26,2%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.


«Cari ilin ötən 10 ayında dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 4 863,6 mln. manatından istifadə edilib», - deyə Komitədən bildirilib.


Eyni zamanda, hesabat dövründə əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 4 692,6 mln. manat (ümumi vəsaitin 42,1%-i), bank kreditləri 569,7 mln. manat (5,1%-i), büdcə vəsaitləri 5 072,2 mln. manat (45,6%-i), büdcədənkənar fondların vəsaitləri 436 mln. manat (3,9%-i), əhalinin şəxsi vəsaitləri 314,9 mln. manat (2,8%-i), sair vəsaitlər 50,4 mln. manat (0,5%-i) təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş bütün vəsaitin 37,7%-i sənaye sahələrinin inkişafına, 17,5%-i nəqliyyat və anbar təsərrüfatına, 9,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 8,9%-i mənzil tikintisinə), 8,8%-i dövlət idarəetməsinə, 5,5%-i təhsilə, 4,5%-i kənd təsərrüfatına, 4,4%-i istirahət, əyləncə və incəsənətə, 2,8%-i tikintiyə, 2,3%-i informasiya və rabitəyə, 2,2%-i ticarətə, 1,9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 1,5%-i səhiyyəyə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,6%-i maliyyə və sığorta fəaliyyətinə, hər biri 0,1% olmaqla peşə, elmi və texniki fəaliyyətə və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.


Qeyd edək ki, yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 2 875,9 mln. manatı (25,8%-i) neft bölməsinin, 8 259,9 mln. manatı (74,2%-i) qeyri-neft bölməsinin, o cümlədən 1 324,9 mln. manatı (11,9%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR