Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15%, yükdaşıma isə 19% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15%, yükdaşıma isə 19% artıb
# 30 dekabr 2012 11:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 11 ayı ərzində hava nəqliyyatı ilə 1 485,2 min nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,5% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 98,5%-i  dövlət bölməsinə, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

 

Hava nəqliyyatı ilə yükdaşımasının həcmi yanvar-noyabrda 18,8% artaraq 53,8 min ton təşkil edib.

 

Hesabat dövründə sərnişin dövriyyəsi 16,8%, yük dövriyyəsi isə 26,9% artıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR