Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda istehlak kreditlərinin həcmi son bir ildə 28,8% artaraq 2012-ci il noyabrın 1-nə 4 136,7 mln manata çatıb.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ticarət və xidmət sektoruna verilən kreditlərin həcmi 10,7% artaraq 2 915,5 mln. manat, inşaat və əmlak sektoruna kreditlərin həcmi 49,6% artaraq 1 122,3 mln. manat, sənaye və istehsal sektorunda 39,9% artaraq 815,5 mln. manat, kənd təsərrüfatı və emal sahələrində 11,5% artaraq 539,6 mln. manat, nəqliyyat və rabitə sektoruna verilən kreditlərin həcmi 19,9% artaraq 462 mln. manat, energetika, kimya və təbii ehtiyatlar sektoruna ayrılan kreditlər isə 35,7% artaraq 405 mln. manat təşkil edib.