Bank Of Baku

Azərbaycanda mənzil tikintisinə investisiyalar illik maksimuma çatıb, CSI indikatorunun artımı davam edir

Azərbaycanda mənzil tikintisinə investisiyalar illik maksimuma çatıb, CSI indikatorunun artımı davam edir
# 25 yanvar 2013 12:05 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2012-ci ilin dekabr ayı üzrə 156,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin noyabr ayında həmin indikator 116,1%-ə bərabər olub, oktyabrda isə 72,5% olub.

 

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyalar ardıcıl iki ay ərzində yüksək templə artır və dekabrda illik maksimuma çatıb:

 

Göründüyü kimi, 2011-ci ilin dekabrında da oxşar vəziyyət müşahidə olunub. Bunun izahı üçün hər hansı səbəbi göstərmək çox çətindir, o cümlədən burada mövsümi amil də rol oynamır. Belə ki, havaların əlverişli olmadığı bir ayda tikintiyə yönəldilən vəsaitlərin həcmi rekord səviyyəyə çatıb. Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, ona həmsərhəd sahələrdə olan vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti göstərir. Eyni zamanda, Azərbaycanda yaşayış tikintisi ilə məşğul olanların maliyyə vəziyyəti də nəzərə alınmalıdır ki, bunu da subyektiv amillər sırasına aid etmək olar.

 

Ümumilikdə, 2012-ci il ərzində mənzil tikintisinə yönəldilən vəsaitlərin həcmi 1,396 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 47,5% çoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR