Bank Of Baku

Azərbaycanda mobil telefon nömrələrinin daşınması sistemi gələn il tətbiq olunacaq

Azərbaycanda mobil telefon nömrələrinin daşınması sistemi gələn il tətbiq olunacaq
# 06 dekabr 2012 08:34 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Nazirin sözlərinə görə, hazırda mobil rabitə operatorları tərəfindən bu istiqamətdə işlər intensivləşib: «Daşınan nömrələrin tətbiqinə gələn ildən etibarən başlanacağı gözlənilir».

 

Qeyd edək ki, Azərbaycanda Mobile Number Portability xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR