Bank Of Baku

Azərbaycanda nəqliyyat infrastrukturunun obyektləri kodlaşdırılacaq

Azərbaycanda nəqliyyat infrastrukturunun obyektləri kodlaşdırılacaq
# 06 dekabr 2012 08:40 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti «Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları»nı təsdiq edib.

 

APA-nın Nazirlər Kabinetinə istinadən xəbərinə görə, gələn il yanvarın 1-dən qüvvəyə minəcək qaydalar nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsini tənzimləyir. Belə ki, hər bir nəqliyyat infrastrukturu obyektinin adına proqram təminatı vasitəsilə avtomatik olaraq daxili Universal Unikal Eyniləşdirmə Nömrəsi (UUEN) veriləcək. Nəqliyyat infrastrukturu obyektinə aid saxlanılan qrafiki məlumatlar həmin obyektin adı ilə bu nömrə vasitəsilə bağlanılacaq. Bir nəqliyyat infrastrukturu obyekti bir neçə yerə bölündüyü halda, hər bir yeni yaranmış obyektə yeni UUEN veriləcək. Bir neçə nəqliyyat infrastrukturu obyekti birləşdiyi halda, yeni yaranmış obyektə yeni UUEN veriləcək.

 

Ərazi vahidlərinin və nəqliyyat infrastrukturu obyektlərinin bölünməsi zamanı hissələrdən hər hansı birində köhnə ad saxlanılarsa, yeni yaranmış obyektə onu əmələ gətirən obyektlərdən hər hansı birinin adı verilərsə nəqliyyat infrastrukturu obyektinə məxsus olan UUEN dəyişməz qalır.

 

Yerli icra hakimiyyəti orqanları tərəfindən verilən nəqliyyat infrastrukturu obyektlərinin adları fərdi (unikal) olur. Qonşu ərazi vahidlərinin aidiyyəti qurumları ərazi vahidlərinin sərhədləri ilə kəsişən nəqliyyat infrastrukturu obyektlərinin adlandırılmasını əlaqəli şəkildə həyata keçirir. Nəqliyyat infrastrukturu obyektinin adı ən çox üç sözdən ibarət ola bilər. Nəqliyyat infrastrukturu obyektinin bir hissəsi iki ərazi vahidi arasındakı sərhədlə kəsişdiyi zaman həmin hissə o şərtlə həmin adla davam edən bir nəqliyyat infrastrukturu obyekti sayılır ki, nəqliyyat infrastrukturu obyektinin adı hər iki ərazi vahidində eyni olsun.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR