Bank Of Baku

Azərbaycanda ötən il 5,5 min nəfər elektron imzadan istifadə edib

Azərbaycanda ötən il 5,5 min nəfər elektron imzadan istifadə edib
# 16 yanvar 2013 09:59 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il Azərbaycanda 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə edib. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Nazir qeyd edib ki, ötən il bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılaraq 2012-ci ilin sentyabrından İnternet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilib. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilib və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilib və İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilib: «Elektron imza sisteminin kompyuter və mobil telefon versiyası işə salınıb və 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə edib».

 

Ə.Abbasov bildirib ki, Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə poçt sisteminin müasir kompyuter şəbəkəsi qurulub, müasir idarəçilik və yeni iş prinsipləri üzrə fəaliyyəti təmin edilib, qeyri-ənənəvi xidmətlərin, o cümlədən bank-maliyyə, elektron dövlət xidmətləri, logistika və digər xidmətlərin göstərilməsinə başlanılıb. «Poçt sisteminin rəqabətlilik qabiliyyətini yüksəltmək və rentabelliliyini təmin etmək üçün işlər hələ davam edir. Bu gün poçt müəyyən həcmdə dövlət büdcəsindən və əsasən də telekommunikasiya sektorunda əldə olunan gəlirlərdən subsidiya almaqda davam edir», - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR