Bank Of Baku

Azərbaycanda rəqəmsal TV avadanlığın aztəminatlı ailələrə pulsuz verilməsi üçün 5 mln. manat xərclənəcək - FOTO

Azərbaycanda rəqəmsal TV avadanlığın aztəminatlı ailələrə pulsuz verilməsi üçün 5 mln. manat xərclənəcək - <span style="color: red;">FOTO
# 21 yanvar 2013 07:56 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Nazirin sözlərinə görə, hazırda ölkə əhalisinin 90%-i rəqəmsal TV-dən istifadə edir: «Azərbaycanda fəaliyyət göstərən televiziyalar rəqəmsal yayıma keçib. Əsas məsələlərdən biri əhalinin rəqəmsal TV yayımına baxmaq üçün müvafiq avadanlıqların olmasıdır ki, bu avadanlığın qiyməti 30-50 manat təşkil edir. Qeyd edim ki, 2015-ci ildən analoq televizorların istehsalı dayandırılacaq».

 

Ə.Abbasov onu da bildirib ki, Azərbaycandakı aztəminatlı ailələr sözügedən avadanlığı pulsuz alacaq: «Hazırda ölkədə 120 mindən artıq aztəminatlı ailə mövcuddur ki, onlara bu avadanlıqlar pulsuz veriləcək. Bu istiqamətdə 5 mln. manat vəsaitin ayrılması gözlənilir».

 

Nazir həmçinin qeyd edib ki, 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq və tam rəqəmsal TV yayımına keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR