Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda elektron ticarətin həcmi son bir ay ərzində 175 min manata yaxın artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında elektron ticarət vasitəsilə alıcılara 1 133,4 min manatlıq qeyri-ərzaq malları və 72,4 min manatlıq ərzaq məhsulları satılıb. Halbuki, cari ilin ilk 9 ayı ərzində ölkədə elektron ticarətin həcmi 1 031,0 min manat təşkil edib.
Buna baxmayaraq, mütəxəssislərin fikrincə, ölkədə elektron ticarət dövriyyəsi hələ də aşağı səviyyədədir. Bunun əsas səbəblərindən biri də müvafiq qanunvericilik bazasının və elektron formatda alış-veriş mədəniyyətinin olmamasıdır.