Bank Of Baku

Azərbaycanda son bir ildə ilkin mənzil bazarında qiymətlər 3,2%, təkrar bazarda isə 2,7% artıb

Azərbaycanda son bir ildə ilkin mənzil bazarında qiymətlər 3,2%, təkrar bazarda isə 2,7% artıb
# 23 yanvar 2013 14:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin IV rübü ərzində Azərbaycanın mənzil bazarında qiymət indeksi 2012-ci ilin əvvəlki rübü ilə müqayisədə 0,5%, 2011-ci ilin müvafiq dövrünə nisbətən isə 2,7% artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,4%, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2%, təkrar mənzil bazarında isə qiymətlər əvvəlki rüblə müqayisədə 0,5%, 2011-ci ilin müvafiq dövrünə nisbətən isə 2,7% artıb.

 

Eyni zamanda, ilkin bazarda 2012-ci ilin IV rübündə elit mənzillərin qiymətləri əvvəlki rüblə müqayisədə 1%, 2011-ci ilin IV rübünə nisbətən isə 1,3%, yaxşı layihələndirilmiş mənzillərin qiyməti müvafiq olaraq 1,8%, və 5,7%, birtipli mənzillərin qiymətləri isə 0,3% və 0,5% artıb.

 

Təkrar mənzil bazarında isə 2012-ci ilin IV rübündə aşağı keyfiyyətli mənzillərin qiyməti III rüblə müqayisədə 0,8%, 2011-ci ilin IV rübünə nisbətən 2,8% artıb. Birtipli mənzillər müvafiq olaraq 0,5% və 3,7%, yaxşı layihələndirilmiş mənzillər 0,2% və 2,4% bahalaşıb. Elit mənzillər isə III rüblə müqayisədə 0,2% bahalaşıb, əvvəlki ilin eyni rübünə nisbətən isə 1,1% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR