Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 20 dekabr 2012 08:46 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2012-ci ilin noyabr ayı üzrə 116,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin oktyabr ayında həmin indikator 72,5%-ə bərabər olub.

 

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, noyabr ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 2,2 dəfə artıb:

 

 

Göründüyü kimi, artmla yanaşı indeks 100%-dən yüksək olub. Həmin faktlar noyabr ayında mənzil tikintisinə yönəldilən investisiyaların aylıq müqayisədə artdığını əks etdirir.

 

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, ona həmsərhəd sahələrdə olan vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti göstərir. Lakin bundan əlavə, həmin indikator tikintiyə yönəldilən investisiyaların həcminin dinamikasını əks etdirdiyinə görə, burada maliyyə vəsaitləri ilə bağlı subyektiv amillərin rolu da yüksəkdir. Belə ki, noyabrda oktyabrl nisbətən investisiyaların 2 dəfə artması və ya oktyabrda sentyabr ayı ilə müqayisədə 2 dəfə azalmasının heç bir məntiqi səbəbi yoxdur. Həmçinin, hava şəraiti də burada heç bir rol oynamayıb, çünki belə olan halda dinamika tam əksinə olmalı idi. Bu səbəbdən də indikatorun dinamikasına əsasən maliyyə vəsaitlərinin mənbəyə məsələsi təsir göstərir ki, bu da indikatorun sırf obyektiv makroiqtisadi indeks kimi rolunu müəyyən dərəcədə azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR