Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 18 aprel 2013 13:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin mart ayı üzrə 193,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, fevralda həmin indikator 95,0%, yanvarda isə cəmi 11,3% olub.

 

CSI indikatoru hesabat ayı ərzində ölkədə mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətini göstərir. Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyalar üzrə yanvarda müşahidə olunan kəskin azalmadan sonra, fevralda sabitlik bərpa olunub, martda isə 2 dəfəyə yaxın artım baş verib:

 

 

Göründüyü kimi, investisiyaların həcmi hələ də aşağı səviyyədədir. Belə ki, ötən il üzrə mənzil tikintisinə yönəldilən investisiyaların orta aylıq həcmi 116,3 mln. manata bərabər olduğu halda, bu ilin I rübündə aylıq göstərici cəmi 35 mln. manat təşkil edib. Lakin onu da vurğulamaq lazımdır ki, ötən ilin I rübündə də bu göstərici aşağı səviyyədə (42,7 mln. manat) olub. Bu, mənzil tikintisi sahəsinə, investisiyaların həcminə və nəticədə etibarı ilə tikinti xərcləri indikatoruna mövsümi amilin böyük təsirindən xəbər verir.

 

Ümumilikdə isə qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, qonşu sahələrdə olan vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti əks etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR