Bank Of Baku

Azərbaycanda torpaq mülkiyyətinin növləri üzrə milli standartlar hazırlanacaq

Azərbaycanda torpaq mülkiyyətinin növləri üzrə milli standartlar hazırlanacaq
# 25 yanvar 2013 08:59 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda torpaq mülkiyyətinin növləri üzrə milli standartlar hazırlanacaq. Bu barədə APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

 

Q.Məmmədov deyib ki, ötən ilin iyun ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə qərarı ilə torpağın qiymətləndirilməsi, torpaq kadastrı, geodeziya, topoqrafiya, kartoqrafiya standartlarını müəyyən etmək məqsədi ilə texniki komitə yaradılıb.

 

Komitə sədri vurğulayıb ki, 22 təşkilatın birləşdiyi bu texniki komitə ISO beynəlxalq təşkilatı tərəfindən də qəbul edilir: «Azərbaycanda torpaqla, onun qiymətləndirilməsi ilə bağlı bütün standartları bu komitə müəyyən edəcək. Müstəqil dövlətin bütün sahələr üzrə öz standartları hazırlanmalıdır. Bununla əlaqədar iş gedir. Ayrı-ayrı parametrlər üzrə standartlar təqdim olunub. Beynəlxalq təşkilatların ekspertizasından sonra bunlar təsdiq olunacaq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR