Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin noyabr ayında 222,4 min kv. metr yaşayış sahəsi istifadəyə verilib ki, bu da oktyabr ayı ilə müqayisədə 82,8 min kv. metr və ya 59,3% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, rəsmi statistikaya əsasən, eyni zamanda ötən ilin noyabr ayı ilə müqayisədə artım 3,1 dəfə olub.
Noyabrdakı artım yanvar-noyabr aylarının ümumi göstəricisinə də yüksəldici təsir göstərib. Belə ki, əgər yanvar-oktyabr aylarında yaşayış sahələrinin istifadəyə verilməsində illik dinamika mənfi 11,3% təşkil edibsə, yanvar-noyabr ayları üzrə bu göstərici artıq mənfi 1,3%-ə yaxınlaşıb.
Arayış üçün qeyd edək ki, noyabr ayında həmçinin yaşayış tikintisi sahəsinə yönəldilən investisiyaların həcmi də artıb. Belə ki, noyabrda yaşayış tikintisi sahəsinə 156,7 mln. manat investisiya yönəldilib ki, bu da aylıq müqayisədə 2,2 dəfə çoxdur.