Bank Of Baku

Azərbaycanda yaşayış tikintisi ucuzlaşıb

Azərbaycanda yaşayış tikintisi ucuzlaşıb
# 19 noyabr 2012 11:04 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2% azalıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,2%, yol və körpü tikintisində 0,4% azalma müşahidə edilib.

 

Rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2% artıb, yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər 0,6% azalıb. Yaşayış evlərindən 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% azalıb.

 

Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 0,1% azalma, ümumtəhsil məktəblərinin tikintisi üzrə isə qiymətlərdə 0,2% artım müşahidə edilib.

 

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6% aşağı düşüb.

 

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,4%, körpü tikintisi üzrə qiymətlər 0,1% azalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR