Bank Of Baku

Azərbaycanda yeni tikililər bahalaşıb

Azərbaycanda yeni tikililər bahalaşıb
# 20 dekabr 2012 14:14 (UTC +04:00)

Birlikdən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki aylarda müşahidə edilən cüzi qiymət artımı davam edib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillərlə yanaşı, qiymət artımına ipoteka kreditlərinin verilməsi, tikinti şirkətlərinin kredit portfelinin həcmini artırması, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nağd vəsaitlər əldə edən əhalinin bu seqmentə marağının artması da təsir göstərib. Bir çox yeni tikililərdə satışa çıxarılan mənzillərin sayının məhdudlaşması bu binalarda qiymətlərin cüzi də olsa artımına təsirsiz ötüşməyib. Nəticədə alqı-satqı agentliklərinə müraciət edənlərin sayında artım müşahidə edilib. Nəticədə, əgər ilin ortalarında hər bir alqı-satqı ofisinə gün  ərzində 2-3 müraciət daxil olurdusa, oktyabr-noyabr aylarında bu say 3-4 dəfə artıb.

 

«Ümumilikdə isə ilkin mənzil bazarına olan maraq əvvəlki illərdəkinə nisbətən hələ də aşağı səviyyədə qalır. Belə bir tendensiyanın obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də mövcuddur ki, bunlardan seqment üzrə bazar qiymətlərini birbaşa investorların tənzimləməsi, spekulyativ amillərin hökm sürməsi və mənzil tikintisi həcminin ötən illərlə müqayisədə 8-10 dəfə azalması və digər amilləri qeyd etmək olar», - deyə məlumatda bildirilir.

 

Beləliklə, son araşdırmalara əsasən, oktyabr-noyabr aylarında təklif portfelində orta qiymətdən yuxarı qiymətə satışa çıxarılan mənzillərin payı artıb. Araşdırma zamanı paytaxt üzrə heç bir yeni tikilinin bünövrəsi qoyulmadığı məlum olub. Həmçinin, 419 ədəd yeni tikilidən 1-də satış tamamlandığından siyahıdan çıxarılıb, seqment üzrə satışda olan binaların sayı 418-ə düşüb. Müvafiq olaraq tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, bir tikinti şirkəti siyahıdan çıxıb (Yasamal rayonunda) və say 148 olub. Satışdan çıxan bina Yasamal rayonu ərazisinə aiddir.

 

Oktyabr-noyabr aylarında qiymətlərdə artım baş verib, paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə 1 kv. metr üzrə orta qiymət göstəricisi 810,5 manata bərabər olub. Bu göstərici əvvəlki ayla (1 kv. metr üzrə 805,7 manat) müqayisədə 0,6% artıb. Ötən illə müqayisədə qiymətlər 2,1%, 2012-ci ilin yanvar ayı ilə müqayisədə isə 1,8% azalıb.

 

Ümumilikdə, hazırda bazarda qiymətlər 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə 32,1% aşağıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR