Bank Of Baku

Azərbaycandakı mobil rabitə operatorları ötən il gəlirlərini 12% artırıb

Azərbaycandakı mobil rabitə operatorları ötən il gəlirlərini 12% artırıb
# 21 yanvar 2013 13:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları gəlirlərini əvvəlki ilə nisbətən 12% artırıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ölkədə təsərrüfat subyektlərinə və əhaliyə 1,4 mlrd. manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 15,9% çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2% təşkil edib.

 

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 60,4%-i mobil telefon rabitəsindən yaranıb və 2011-ci illə müqayisədə bu xidmətlərin həcmi 12,2% artaraq 859,9 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.

 

Xatırladaq ki, hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR