Bank Of Baku

Azərbaycandakı tikinti şirkətləri I rübdə inşaat işlərini 29% artırıb

Azərbaycandakı tikinti şirkətləri I rübdə inşaat işlərini 29% artırıb
# 18 aprel 2013 14:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 28,8% artaraq 1 505,8 mln. manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yerinə yetirilmiş inşaat işlərinin həcminin 71,7%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,1%-ni əsaslı təmir, 2,7%-ni cari təmir, 9,5%-ni isə sair tikinti işləri təşkil edib. Qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri ümumi inşaat işlərinin 78,9%-ni yerinə yetiriblər.

 

Qeyd edək ki, 2013-cü ilin yanvar-fevral aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,3% artaraq 93,2 min nəfər olub. Tikintidə çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% artaraq 595 manat təşkil edib. Mülki təyinatlı inşaat işlərində işləyən işçilərin əmək haqları 18,1%, ixtisaslaşdırılmış tikinti işlərində 17,5%, binaların tikintisində isə 5,1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR