Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın bölgələrində genişzolaqlı internetdən istifadə imkanları sürətlə inkişaf etdirilir. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın regionlarında genişzolaqlı internet istifadəçilərinin sayı 102 min təşkil edir, halbuki bu ilin əvvəlində istifadəçilərin çayı cəmi 20-25 min olub: «Bu ilin sona çatmasına hələ 25 gün var və düşünürəm ki, bu müddət ərzində regionlarda internet istifadəçilərinin sayı bir qədər də arta bilər».
Ölkədə fəaliyyət göstərən internet provayderlərini regionlarda işləməyə çağıran M.Məmmədov qeyd edib ki, hazırda regionlarda 7 internet provayderi fəaliyyət göstərir və onlara «Aztelekom» tərəfindən lazımi dəstək verilir və və güzəştlər təklif olunur. «Bu şirkətlər tərəfindən bölgələrdə genişzolaqlı internetin inkişaf etdirilməsi çərçivəsində təkcə 2012-ci il ərzində 500 km-dən çox kabel çəkilib», - deyə «Aztelekom» rəhbəri vurğulayıb.