Bank Of Baku

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 0,4% artıb

Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 0,4% artıb
# 26 noyabr 2012 07:54 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 0,4% artaraq 10,3 mln. ton təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61,2%-ni neft yükləri, 38,8%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 9,9 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və bu sahədə 0,3% artım qeydə alınıb. İşlənmiş yüklərin 86,5%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 2,1% artıb».

 

Qeyd edək ki, 2012-ci il noyabrın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 70 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,1% çox idxal yüklərinin qalığı olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR