Bank Of Baku

Azərbaycanın İT şirkəti Mərkəzi Asiyada elektron hökumət sahəsində layihənin icrasını başa çatdırıb

Azərbaycanın İT şirkəti Mərkəzi Asiyada elektron hökumət sahəsində layihənin icrasını başa çatdırıb
# 08 yanvar 2013 08:33 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «SİNAM» şirkəti 2012-ci ildə Dünya Bankının eyniadlı tenderinin qalibi seçildikdən sonra icrasına başladığı «Qırğızıstan hökuməti yanında Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamenti sənədlərinin elektron arxivinin yaradılması Layihəsi»ni başa çatdırıb.

 

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, layihə Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamenti üçün Avtomatlaşdırılmış qeydiyyat sisteminin (AQS) yaradılması çərçivəsində son mərhələ olub. Layihə çərçivəsində kadastr arxivləri üçün 420 mindən çox qeydiyyat işləri emal prosesindən keçirilib və 3,3 mln. səhifədən artıq sənəd (alqı-satqı müqavilələri, bağışlama müqavilələri, qətnamələr və s.) və qeydiyyat işlərinin kadastr planları rəqəmsal formata gətirilib. Layihə çərçivəsində hər bir rəqəmləşdirilmiş sənədə daşınmaz əmlakın eyniləşdirmə (identifikasiya) kodu verilib.

 

Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentindən bildiriblər ki, layihənin məqsədi ölkədə elektron hökumət texnologiyalarının tətbiqi çərçivəsində vətəndaşların daşınmaz əmlak üzrə ərizələrinin işlənməsi prosesinin sürətləndirilməsindən ibarətdir. Layihə sorğuların işlənməsi və vətəndaşların ərizələri əsasında tələb olunan arxiv sənədlərinin verilməsi müddətini dəfələrlə azaltmağa imkan verəcək. Azərbaycanın İT şirkətinin qeyd olunan layihənin reallaşdırılması prosesinə cəlb edilməsi Azərbaycanın elektron hökumət sahəsindəki müsbət təcrübəsini, o cümlədən elektron arxivlərin yaradılması prosesini tətbiq etməyə imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR