Bank Of Baku

Azərbaycanın İT şirkətləri piratçılığa qarşı bəyannamə imzalayıb

Azərbaycanın İT şirkətləri piratçılığa qarşı bəyannamə imzalayıb
# 24 oktyabr 2013 08:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycanın «Bakinity», «BestComp Group» və «Bestel» şirkətləri arasında «Əqli mülkiyyət hüquqlarının qorunması Bəyannaməsi» imzalanıb.

 

«APA-Economics»in məlumatına görə, sənədə əsasən, şirkətlər sifarişçi və müştəriləri yalnız lisenziyalı proqram məhsulları ilə təchiz etməlidir. Bundan başqa, lisenziyasız proqram təminatının yayılması və istifadəsi qanunsuz, eyni zamanda şirkətlərin əqli mülkiyyət hüquqlarının pozulması kimi hesab olunacaq.

 

Əqli mülkiyyət hüquqlarının qorunmasının yerli kompüter avadanlığı və proqram təminatı bazarının inkişafına yol açacağını qeyd edən «Bakinity» şirkətinin baş direktoru Eldar Qəmbərov vurğulayıb ki, bu, ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir edəcək.

 

Qeyd edək ki, IDC və BSA-nın tədqiqatına əsasən, Azərbaycanda kompüter piratçılığı təhlükəli həddə (87%) çatıb. BSA və INSEAD-ın birgə tədqiqatı isə göstərib ki, lisenziyalı proqram təminatı bazarının 1% artması milli istehsalın 38 mln. dollar artmasına gətirib çıxaracaq. Halbuki, saxta proqram təminatı bazarının analoji artımı milli istehsalın cəmi 19 mln. dollar artmasını təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR