Bank Of Baku

Azərbaycanın mobil rabitə operatorları şəbəkələrində elektron imzanın identifikasiyası üzrə xidmətlərin rentabelliyini müəyyənləşdirir

Azərbaycanın mobil rabitə operatorları şəbəkələrində elektron imzanın identifikasiyası üzrə xidmətlərin rentabelliyini müəyyənləşdirir
# 03 aprel 2013 09:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ölkədə fəaliyyət göstərən hər üç mobil rabitə operatoru ilə mobil imzanın tətbiqi mövzusunda aktiv danışıqlar aparır.

 

«APA-Economics»in MHM-ə istinadən verdiyi məlumata görə, hazırda danışıqların əsas mövzusu məsələnin texniki tərəfi ilə yanaşı, maliyyə tərəfinin müəyyən edilməsidir.

 

Hər üç operator öz şəbəkəsində mobil imzanın identifikasiyasını təşkil etmək niyyətindədir. Lakin özəl şirkətlər ilk növbədə hər bir xidmətin rentabelliyi ilə maraqlanır. Mobil operatorlar hazırda bu növ xidmətlər göstərilərkən operatora ödənilən komissiyanın və ya tarifin məbləğini müəyyən etmək məqsədilə beynəlxalq təcrübəni öyrənir.
 

Qeyd edək ki, Rusiyada mobil operatorlar üçün hər bir SİM-karta elektron imzanın yazılması xidmətinin dəyəri 10 ABŞ dollarınadək müəyyən edilib, abunələr üçün isə adi SİM-kartın kriptoqrafik kartla dəyişdirilməsi xidməti pulsuz göstəriləcək və ehtimal edilir ki, bu halda mobil imza SİM-kartı, abunəni daha çox operatorun şəbəkəsinə bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR