Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 2,7% enib

Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 2,7% enib
# 16 yanvar 2013 14:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4% artıb, sərnişindaşıma tarifləri isə 2,7% enib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,4% ucuzlaşıb, tranzit üzrə 13,8%, yerli əlaqə üzrə 2,5%, idxal üzrə isə 2,1% artıb.

 

Ay ərzində beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 5,9% bahalaşıb.

 

Avtomobil nəqliyyatında şəhərlərarası sərnişindaşıma tarifləri 1,5% enib.

 

Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri uyğun olaraq 11,2% və 6,7% enib, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,6% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR