Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 1%, sərnişin daşınması 8% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 1%, sərnişin daşınması 8% artıb
# 15 aprel 2013 14:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin işi də nəzərə alınmaqla nəqliyyat vasitələri ilə 48,4 mln. ton yük və 390,1 mln. nəfər sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,4%, sərnişin daşınması 7,9% artıb.

 

«Beynəlxalq Avrasiya dəhlizi ilə yanvar-fevral aylarında 9,7 mln. ton yük daşınıb. Bu sahədə fəaliyyət göstərən nəqliyyat müəssisələri yük və sərnişin daşımalarından 91,5 mln. manat gəlir əldə edib», - deyə Komitədən bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR