Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri ilə görüşüb
# 19 noyabr 2012 12:22 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan nazir Ə.Abbasov qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb. Bu ilin noyabr ayının 6-9-da BMT və Azərbaycanın birgə təşkilatçılığı ilə VII İnternet İdarəçiliyi Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkədə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65%-i internet, 30%-i isə genişzolaqlı internet istifadəçisidir. Ümumilikdə, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, elektron xidmətlərin daha da genişləndirilməsi, ilk telekommunikasiya peykinin yaxın zamanlarda orbitə buraxılması, eləcə də digər milli və regional layihələrdən söz açan nazir İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti ilə internetin inkişafında «start-up» - kiçik, modern müəssisələrin yaradılmasına güzəştli şərtlərlə dəstək veriləcəyini və bu sahənin daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

 

Azərbaycanın uğurlarını müsbət qarşılayan M.Madigan da İllinoys ştatında, o cümlədən də Çikaqoda aparılan işlər barədə məlumat verib.

 

Görüşdə həmçinin, Azərbaycanın İT Fondu ilə İllinoys ştatının maliyyə fondları və mərkəzləri ilə gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə spiker  lazımi dəstək verəcəyini xüsusi vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR