Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Afrika üçün Qabaqcıl İnkişaf Fondunun prezidenti ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Afrika üçün Qabaqcıl İnkişaf Fondunun prezidenti ilə görüşüb
# 17 yanvar 2013 07:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Afrika üçün Qabaqcıl İnkişaf Fondunun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə K.Turenin rəhbərlik etdiyi təşkilat və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığın gələcək perspektivləri barəsində və təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan «Afrika gəncləri üçün yardım məqsədilə təhsil proqramı» layihəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Layihənin əsas məqsədlərindən biri Afrikada əlil uşaqların üzləşdiyi problemlərin aradan qaldırılmasında İKT-dən istifadə edərək innovasiya mexanizmlərini tətbiq etməkdir.

 

Xanım K.Ture rəhbərlik etdiyi qurumla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında yaranan əməkdaşlıqdan qürur hissi duyduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR