Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın tikinti kompleksində 617,7 mln. manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 32,4% çox vəsaitdən istifadə edilib və onun 316,1 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 398,8 mln. manatı yerli mənbələrdən daxil olub, 60,2%-i (371,6 mln. manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunub.
«Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında ölkədə 131,2 min kv. metr yaşayış evləri, 1 100 şagird yerlik ümumtəhsil məktəbləri, 242 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə qəbul edilib», - deyə Komitədən bildirilib.