Bank Of Baku

Bakı-Afina aviareysi açılır

Bakı-Afina aviareysi açılır
# 04 aprel 2013 12:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 28-dən etibarən Afina-Bakı marşrutu üzrə birbaşa aviareys açılacaq. Bu barədə «APA-Economics»ə sözügedən aviareysin sifarişçisi olan Yunanıstanın «Nomos Travel» şirkətinin rəsmi nümayəndəsi xanım Tatyana Şmıqina məlumat verib.


Onun sözlərinə görə, aviareys mövsümi xarakter daşıyır və bu ilin oktyabrın 25-dək davam edəcək: «Afina-Bakı-Afina aviareysi üzrə uçuşları Yunanıstanın «Aegean Airlines» aviaşirkəti yerinə yetirəcək. Yunanıstan paytaxtından Bakıya uçuşlar yerli vaxtla saat 23:45-də, Bakıdan Afinaya isə saat 07:00-da yerinə yetiriləcək. Uçuşlar hər həftənin III və V günləri 168 nəfərlik «Airbus A-320» avialayneri ilə yerinə yetiriləcək. Bakıdan Afinaya ilk uçuş mayın 29-da həyata keçiriləcək».


T.Şmıqina onu da əlavə edib ki, şirkət tərəfindən aparılan təhlil bu marşruta kifayət qədər marağın olduğunu göstərib: «Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 330 avro təşkil edir. Bu məbləğə bütün rüsum və yığımlar daxildir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR