Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün «Qazaxıstan Hava Yolları» (Kazakhstan Airlines) şirkətinin saat 13:05-də yerinə yetirilməsi planlaşdırılan 112 nömrəli Bakı-Almatı aviareysində ləngimə yaranıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Bakıdan Almatıya nəzərdə tutulan aviareys texniki problemlə üzləşib. Həmin reys saat 16:30-a qədər təxirə salınıb.
Qeyd edək ki, Bakı-Almatı aviareysi həftədə üç dəfə (III, V və VII günləri saat 13:05-də) yerinə yetirilir.