Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun 63%-i təmir edilib - FOTO

Bakı-Böyük Kəsik dəmir yolunun 63%-i təmir edilib - <span style="color: red;">FOTO
# 28 mart 2013 06:59 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.


«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, martın 28-də dəmir yolunun Sığırlı-Padar mənzilində 10 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri aprelin 7-dək davam edəcək. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib.

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 201 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC-nin «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları  həyata keçirir.

 

Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR