Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsində əsaslı təmirə başlanılıb - FOTO

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsində əsaslı təmirə başlanılıb - <span style="color: red;">FOTO
# 15 yanvar 2013 07:23 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, yanvarın 15-22-də Qaradağ-Puta mənzilində 8,2 km yol əsaslı təmir olunur.

 

Əsaslı təmir işlərini «Dəmiryolservis» MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. «Dəmiryolservis» MMC-dən verilən məlumata görə, yanvarın 15-də səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 900 metr köhnə yol sökülüb.

 

Qeyd edək ki, bu günə kimi 170,2 km yol əsaslı təmir olunub. Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

 

Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR