Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, noyabrın 12-15-də növbəti yol qoyuluşu həyata keçiriləcək və Ləki stansiyasında 2 km yol əsaslı təmir olunacaq.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə ötən ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günədək 145,4 km yol əsaslı təmir olunub.