Bank Of Baku

Bakı-Ələt-Qazax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakı-Ələt-Qazax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır
# 01 iyun 2018 08:38 (UTC +04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01 iyun 2018-ci il tarixində saat 09:30- dan axşam saatlarınadək Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, Sözügedən avtomobil yolunda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

 

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR