Bakı. Məlahət Nəcəfova - APA. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin icrası ilə bağlı son vəziyyət Tbilisi şəhərində keçirilən toplantıda müzakirə edilib. APA-nın «Cihan» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mövzu ilə bağlı Gürcüstan İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycan və Gürcüstan Nəqliyyat nazirliklərinin rəsmiləri layihənin Gürcüstan seqmentinin reallaşdırılması prosesinin sürətləndirilməsini qərara alıblar.
Qərara əsasən, illik yükdaşıma gücü 15 mln. tona çatdırılacaq Axalkələk-Tbilisi-Marabda dəmir yolu xətti üzərində də işlər sürətləndiriləcək. Ümumilikdə, yükdaşıma həcmi ildə 17 mln. ton olacağı gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk mərhələdə 1 mln. nəfər sərnişin daşınması nəzərdə tutulur.