Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının iclası başlayıb

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının iclası başlayıb
# 24 fevral 2014 08:53 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Şuranın Azərbaycan tərəfindən olan həmsədri, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov və digər rəsmi nümayəndələr iştirak edir.

 

Görüşdə Gürcüstan tərəfini Əlaqələndirmə Şurasının həmsədri, iqtisadi və dayanaqlı inkişaf naziri Georgi Kvirikaşvili, Gürcüstan dəmir yolları infrastrukturun direktoru və digərləri təmsil edib.

 

Gürcüstanın iqtisadi və dayanaqlı inkişaf naziri G.Kvirikaşvili tədbirdə çıxışı zamanı iki ölkə arasında faydalı əməkdaşlıq üçün təşəkkürünü bildirib. O qeyd edib ki, BTQ-nin vaxtında təhvil verilməsi üçün işlər 24 saat rejimində aparılır. O, bu işə yardım göstərən bütün tərəflərə minnətdarlığını bildirib.

 

Daha sonra Azərbaycanın nəqliyyat naziri Z.Məmmədov çıxış edib və toplantı iştirakçılarına iclasın proqramını açıqlayıb.

 

Bundan sonra iclas bağlı qapılar arxasında davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR