Bank Of Baku

Bakı aeroportunda azad iqtisadi zona yaradılacaq

Bakı aeroportunda azad iqtisadi zona yaradılacaq
# 13 dekabr 2012 11:19 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan-2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında bildirilir.

 

Konsepsiyaya əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi, uçuş-enmə zolağı və anqarlar istifadəyə veriləcək və bu ərazidə azad iqtisadi zona yaradılacaq, həmçinin digər 6 beynəlxalq hava limanı və hava donanmasının yeniləşdirilməsi işləri davam etdiriləcək.

 

Bundan başqa, beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabət qabiliyyətinin artırılması üçün ölkə ərazisi ilə daşınmalar sadələşdiriləcək. Belə ki, sənədə əsasən, Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində ölkənin rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycan ərazisində yükdaşımalar ilə bağlı xərclərin azaldılması, idxal-ixrac əməliyyatları və tranzit üçün sərf edilən vaxtın qısaldılması və proseduraların sadələşdirilməsi tədbirləri həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR