Bank Of Baku

Bakı Metropoliteni beynəlxalq mükafata layiq görülüb

Bakı Metropoliteni beynəlxalq mükafata layiq görülüb
# 12 dekabr 2012 10:46 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Təl-Əvivdə “Golden Chariot” (“Qızıl arabacıq”) beynəlxalq nəqliyyat mükafatı təşkilat komitəsi laureatlarla təqdimetmə görüşü keçirib.

 

Bakı Metropolitenindən “APA-Economics”ə verilən məlumata görə, təltifetmə mərasiminə dünyanın aparıcı nəqliyyat kollektivlərinin nümayəndələri iştirak edib. Azərbaycanı sözügedən tədbirdə Bakı Metropolitenin rəisi Tağı Əhmədov təmsil edib.

 

Təşkilat komitəsinin ekspertlər şurasının qəbul etdiyi qərara əsasən, Bakı Metropoliteni sərnişinlərə nümunəvi xidmətə, eyni zamanda, son illərdə təhlükəsizlik və xidməti səviyyənin artırılması ilə bağlı səmərəli layihələr həyata keçirdiyinə görə “İctimai sərnişin nəqliyyatı üzrə lider” (“Leader of Public Passenger Transport”) mükafatına layiq görülüb.

 

Qeyd edə ki, ümumiyyətlə, mərasimdə 15 nominasiya üzrə mükafatlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR