Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) ölkə paytaxtının bütün ATS-lərini NGN texnologiyası əsasında yenidən qurmaq niyyətindədir.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, BTRİB-in qarşısında 2013-cü ildə həlli duran bir çox məsələlər mövcuddur ki, bura «Az-EuroTel» MMC-yə məxsus ATS-in, ATS-428/429-un, Qobustan və Qızıldaş qəsəbə ATS-lərinin müasir texnologiya əsasında yenidən qurulması, ATS-561/562 – Biləcəri yaşayış massivi arasında Fo-24 və ATS-491 – ATS-446 arasında Fo-144 optik kabelinin çəkilməsi, ATS-dən 3 km və daha uzaq məsafədə yerləşən paylayıcı şkafların daha müasir texnologiya ilə əvəz edilməsi, yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlanması, optik kabellərin uçotunun və axtarış sisteminin proqram təminatının hazırlanmasını və digər məsələlər daxildir.
Bununla yanaşı, BTRİB bütün şəhər ATS-lərini NGN texnologiyası əsasında tamamilə yenidən qurmağı planlaşdırır.