Bank Of Baku

Bakıda dünyanın ən böyük səthi su zavodu inşa olunur

Bakıda dünyanın ən böyük səthi su zavodu inşa olunur
# 20 fevral 2013 11:40 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. «Dow Water & Process Solutions» və «Azeri Hidro Group» ilə «Türk Hidro Group» arasında müştərək təşkilat olan «HidroLotus» şirkətləri Bakıda dünyanın ən böyük səthi su zavodu inşa edəcək.

 

«Dow Water & Process Solutions» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, zavod Ceyranbatan gölünün səth sularını Bakı əhalisi üçün təmiz içməli suya çevirəcək.

 

«İşlər 2012-ci ilin iyun ayında başlayıb və bu ilin sonunda zavodun gündəlik 520 min kubmetr emal gücünə çatdırılması gözlənilir. Zavodun Bakının 3 mln-luq əhalisi üçün əsas içməli su təchizatçısına çevrilməsi gözlənilir. Zavod hazırda milli su infrastrukturunun quruculuğunu həyata keçirən «HidroLotus» tərəfindən tikilir və zavodun fəaliyyətində «Dow» texnoloji imkanlarından və suyun təmizlənməsi üzrə beynəlxalq təcrübədən istifadə edilir. «Dow Water & Process Solutions» Bakıdakı Ceyranbatan gölünün səth sularını saflaşdırmaq məqsədilə bu layihəni təkmilləşmiş «UltraFiltrasiya» (UF) modulları ilə təmin edəcək, həmçinin suyun zavodda toplanması, emalı, tullantıların neytrallaşdırılması və atılması, suyun ötürülməsi və son istehlakçıya çatdırılması mərhələlərinə tam texniki dəstək verəcək», - deyə şirkətdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR